Gənclərin özünü inkişaf etdirmələri və biliklərinin artırılması məqsədilə şirkətimiz tərəfindən azərbaycan respublikasının “könüllü fəaliyyəti haqqında” qanuna əsasən təcrübə proqramları həyata keçirilir. sözügedən təcrübə proqramı çərçivəsində könüllülər maliyyə, mühasibatlıq, araşdırma və hüquq xidmətlərinin göstərilməsində yaxından iştirak edərək təcrübə qazanırlar. təcrübə proqramını uğurla başa vuran könüllülər şirkətimizdə işləmək şansı qazanırlar.
Hazırda təlimlər fərdin inkişafı üçün əvəzolunmaz bir vasitədir. “2x2 consulting” mmc tərəfindən iqtisadiyyat, o cümlədən mühasibatlıq, vergi, maliyyə, iqtisadiyyatın nəzəri istiqamətlərində təlimlər keçirilir. bu təlimlər gələcək işlərinizdə və planlarınızda sizə böyük təcrübə qazandıracaqdır. peşəkarlar tərəfindən keçirilən təlimlərin iştirakçısı olmağı və yeni insanlar tanımağı bizə həvalə edin.